Bazar ertəsi , May 20 2024
Ana səhifə / Bölgələr / Xəstəni döyən direktor bu dəfə müğənniliyi ilə gündəmə gəldi – VİDEO

Xəstəni döyən direktor bu dəfə müğənniliyi ilə gündəmə gəldi – VİDEO

Ötən il pasiyenti döyməsi ilə gündəmə gələn Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev bu dəfə maraqlı görüntüləri ilə diqqət mərkəzinə düşüb.

Bu yaxınlarda şənlik mərasiminə qatılan direktor yeyib içdikdən sonra müğənnilik bacarığını nümayiş etdirib.

Belə ki, o, Mikayıl Müşfiqin sözləri əsasında bəstələnən “Söylə” mahnısını ifa edib.

Xatırladaq ki, Rauf Yahyayev ötən ilin avqust ayında Goranboy rayonun Bolsulu kənd sakini Laləzar Əliyevanı yumruqla vuraraq onun sağlamlığına xəsarət yetirmişdi. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş başlanılmış və onun barəsində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, bu, Rauf Yahyayevin yeganə kriminal əməl deyil.

2019-cu ildə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli şəhər xəstəxanasında həkim işləyən Rauf Yahyayev Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq onun çənəsini qırmışdı. O, həmçinin Goranboy Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edildikdən iki ay sonra rayon xəstəxanasının həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi ilə xatırlanır./Bakupost.az

Həmçinin oxuyun

Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Açıqlama

“İki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil …