Bazar ertəsi , May 20 2024
Ana səhifə / Dünya / Ermənistanda bayrağımızı yandıran şəxs işdən qovulub və dövlət layihələrindən kənarlaşdırılıb

Ermənistanda bayrağımızı yandıran şəxs işdən qovulub və dövlət layihələrindən kənarlaşdırılıb

İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrindən məhrum edilib.

O, bu barədə yerli mediaya müsahibəsində danışıb.

Nikolyan əməlimə görə peşman olmadığını da dilə gətirib.

Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.

Rəsmi Bakı erməni dizayneri beynəlxalq axtarışa verib./Oxu.az

Həmçinin oxuyun

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib

İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin …