Ana səhifə / Şou Biznes / Sabiq müdafiə nazirindən Mirşahinə ciddi ittiham : “Nifrət edirəm”

Sabiq müdafiə nazirindən Mirşahinə ciddi ittiham : “Nifrət edirəm”

“Mənim bütün əsəb sistemim korlanıb artıq, hər şeyə nifrət edirəm”.

Bunu Moderator.az-a açıqlamasında general-mayor, Azərbaycan Respublikasının sabiq müdafiə naziri Tacəddin Mehdiyev bildirib.

Tacəddin Mehdiyev mətbuatı xırda məsələni şişirtməkdə günahlandırıb: “Mirşahin hər il öz şousunu göstərir və bu il də göstərəcək. Hər il Murovdağda bir briqada qırılır, mətbuat gedib ondan yazsın. Başlayıblar xırda bir məsələni faciəyə çevirməyə. Ona görə də mən bütün mətbuata nifrət edirəm”.

Xatırladaq ki, 1992-ci il yanvar ayının 25-i axşam saat 20:00-da Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə başlanan əməliyyat yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçülərinin iştirak etdiyi əməliyyata o zamankı müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Həmçinin oxuyun

“Ali təhsili olmayan müğənnilər efirə buraxılmamalıdır” – Xalq artisti

“Televiziyalarımızda senzura olmalıdır. Biz həmişə oranı mavi ekran kimi görmüşük, insanlar ona baxıb zövq alıb. …

Bir cavab yazın