Ana səhifə / Araşdırma / Bakıda vəzifəli şəxsin bahalı maşınının şüşəsi sındırıldı

Bakıda vəzifəli şəxsin bahalı maşınının şüşəsi sındırıldı

Bakıda oğurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Yasamal rayonu, Araz küçəsi 2 ünvanının qarşısında Xətai rayon sakini Ələkbərzadə Əlövsət Mətləb oğlunun “Toyota Land Cruiser” markalı avtomobilindən 300 manat və bahalı telefon oğurlanıb.

Yanvarın 20-də saat 12-dən 14:45 radələrinədək olan müddətdə naməlum şəxs və ya şəxslər avtomobilin sol arxa şüşəsini sındıraraq oğurluq əməlini gerçəkləşdiriblər. Ə.Ələkbərzadə hadisə ilə bağlı dərhal polisə müraciət edib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Ə.Ələkbərzadə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada aparıcı mütəxəssis vəzifəsində çalışır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın