Ana səhifə / İdman / Musa böyük komandaları sıradan çıxarmış bir klubdan gəlir

Musa böyük komandaları sıradan çıxarmış bir klubdan gəlir

“Mən Musanın Konfrans Liqasında “Gent”lə oyunlarını görəndən sonra onun agenti ilə əlaqə saxladım. Belə bacarıqlı futbolçunun keçidini həll edə bilmək çox gözəl hissdir”.

Bu sözləri millimizin üzvü Musa Qurbanlının yeni klubu “Yurqorden”in məşqçisi Huqo Berqqren “SvenskaFans.com”a müsahibəsində deyib.
İsveç klubunun köməkçi məşqçisi “Qarabağ”dan transfer etdikləri 21 yaşlı hücumçu haqda xoş sözləri söyləyib: “Musa böyük komandaları sıradan çıxarmış, “Gent”, “Lex”, “Ferentsvaroş”, “Nant”, “Olimpiakos” kimi klublara qarşı inamlı oynayan bir klubdan gəlir. Deməli, “Qarabağ” çox yaxşı komandadır. Musa getdikcə orada daha çox oynayırdı. Musada bizi ən çox təəccübləndirən onun oyundakı hərəkət tərzidir. O, hər zaman qapıçının topu itirməsi və ya müdafiəçinin yıxılması üçün gözləmədədir. Qurbanlı daim belə asan hədəflər axtarır və daim hərəkətdədir. Şansını əldən verməmək və qol vurmaq üçün tələsir. Diz, baş, sağ və ya sol ayağı fərqi yoxdur, onun təhlükəli anın ortasında olması, qol vurması əsas hədəfidir”.

Huqo Berqren onu da qeyd edib ki, Musanın məşqlərə nə vaxt qoşulacağı bəlli deyil: “Futbolçu hazırda bəzi işlərini həll etmək üçün Azərbaycandadır. Ancaq ümid edirik ki, Musa “Malmö” ilə matçda bizimlə olacaq və öz töhfəsini verəcək. Çalışırıq ki, “Malmö” ilə oyuna bir neçə gün qalmış onu İsveçə gətirək. Bizim istədiyimiz budur. Sonda necə olacağını görəcəyik”.

Həmçinin oxuyun

“Premyer Liqada klubların sayında artım olmayacaq” – Rövşən Nəcəf

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq. Bunu AFFA-nın İcraiyyə …