Bazar ertəsi , May 20 2024
Ana səhifə / İdman / Yığmamız dünya çempionatının bürünc medalını qazandı

Yığmamız dünya çempionatının bürünc medalını qazandı

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, bu uğur Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk nailiyyətdir.

Həmçinin oxuyun

Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü

Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşüb. Karatenin “Qara brilliant”ı fərdi yarışlarda ən çox …