Bazar ertəsi , May 20 2024
Ana səhifə / Dünya / Peskov: “Taxıl sazişinin uzadılması üçün perspektiv yoxdur”

Peskov: “Taxıl sazişinin uzadılması üçün perspektiv yoxdur”

“Taxıl sazişinin Rusiyaya aid hissəsi icra olunmayıb, ona görə də onun uzadılması üçün faktiki olaraq heç bir perspektiv və əsas yoxdur”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə müsahibəsində bildirib.

“Hər hansı bir son qərarı proqnozlaşdırmaq mümkün deyil, ancaq de-fakto vəziyyətimizə görə mühakimə etsək, şans yoxdur”, – deyə D. Peskov bildirib.

Eyni zamanda, D.Peskov əlavə edib ki, Rusiya taxıl müqaviləsini dəfələrlə uzatdıb və bununla da xoş niyyət nümayiş etdirib.

“Buna baxmayaraq bizə vəd edilən şərtlərə əməl edilməyib”, – D.Peskov təkrar vurğulayıb./Oxu.az

Həmçinin oxuyun

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib

İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin …