Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Vəfat etmiş şəxsin ipoteka kreditini kim ödəyəcək? – QƏRAR

Vəfat etmiş şəxsin ipoteka kreditini kim ödəyəcək? – QƏRAR

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …