Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Blinken: “Azərbaycan və Ermənistan ciddi irəliləyiş əldə etdilər”

Blinken: “Azərbaycan və Ermənistan ciddi irəliləyiş əldə etdilər”

“Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.

Bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

“Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır”-deyə, o bildirib.

Blinken qeyd edib ki, hər iki tərəf son bir neçə gündə bəzi çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə ediblər: “Düşünürəm ki, danışıqların sürəti və həmkarlarımızın qurduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik. Lakin Birləşmiş Ştatlar hər iki dostumuza finiş xəttini keçməyə kömək etməyə davam etmək üçün buradadır. Dediyim kimi, düşünürəm ki, biz buna çox yaxınıq. Nəhayət deməliyəm ki, həm Ermənistandan, həm Azərbaycandan, həm də dostlarımdan, xarici işlər nazirlərindən gördüyümüz rəhbərlik ilhamvericidir.

Bunların heç biri asan deyil, lakin qalan çətin məsələlərin öhdəsindən gəlmək üçün irəliləmək əzmi realdır. Və biz hiss edirik ki, bu bir neçə gündə çox nəzərəçarpacaq irəliləyiş əldə etdik. Yekun razılaşma əldə oluna bilər və biz buna nail olmaqda davam etməkdə qərarlıyıq”.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …