Ana səhifə / Şou Biznes / “Hər şey sevgilimin nəzarəti altında olur” – Mina

“Hər şey sevgilimin nəzarəti altında olur” – Mina

Müğənni Mina Hüseyn yeni sevgilisi barədə açıqlama verib.

İfaçı “MTV Maqazin” proqramına Ümrə ziyarətində tanış olduğu sevgilisindən danışıb:

“Allaha şükür, hər şey yaxşıdır. Xoşbəxtəm. Cəmi bir aydır tanışıq. Ona görə də hələ ağız dolusu danışa bilmirəm.

Münasibəti rəsmiləşdirmək hələ tezdir. Biz hələ bir-birimizi tanıyırıq. Ona görə də toy haqqında danışmaq tezdir. Ümumiyyətlə, onun haqqında çox danışmaq istəmirəm. Qısaca demək istəyirəm ki, çox xoşbəxtəm”.

Mina sevgilisinin ona heç bir qadağa qoymadığını qeyd edib: “Heç bir qadağası yoxdur. Çox qəşəng, sağlam, gözəl düşüncələri olan insandır. Əsas odur ki, məni çox sevir, çox diqqət edir. Ən əsası hörmət edir. O bilir ki, mən müğənniyəm və hər yerdə də olmalıyam. Təbii ki, hər şey onun nəzarəti altında olur”.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …