Ana səhifə / İqtisadiyyat / BVF Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib

BVF Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib.

“APA-Economics” xəbər verir ki, bu barədə Fondun “Dünya İqtisadi Baxış” hesabatının aprel sayında bildirilib. Sənədə əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2022-ci ildəki 5,9%-dən 2023-cü ildə 5,8%-ə kimi azalacaq. BVF həmçinin, 2024-cü ildə də Azərbaycanda işsizlik səviyyəsini 5,8% proqnozlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl “SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını açıqlamışdı. Agentlik bu il ölkə üzrə işsizliyin 4,9% təşkil edəcəyini müəyyən edib.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …