Çərşənbə , May 15 2024
Ana səhifə / Dünya / 18 mart, 2014: Ukrayna Krımı ona görə itirdi ki…

18 mart, 2014: Ukrayna Krımı ona görə itirdi ki…

Martın 18-də Krımın ilhaqının 9-cu ili tamam oldu. 2014-cü ilin mart ayının 16-da Krımda keçirilən “referendumda”  iştirak edən təxminən milyonyarım vətəndaşın əksəriyyəti -96,77%  səslə Rusiyaya “birləşməyə” qərar verdi.

KMO_140366_00556_1_t218_191959.jpg (101 KB)

Əslində, referendumda iki seçim təklif olunurdu: Rusiyaya birləşmək, yaxud Krımın daha geniş muxtariyyət şərtləri əsasında Ukraynanın tərkibində qalnması. Nəticə bilindikdən dərhal sonra – martın 18-də müvafiq saziş imzalandı, daha sonra Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqləndi. Onlar həmçinin Rusiyanın iki yeni subyektinin – Krım Respublikasının və federal Sevastopol şəhərinin yaradılması haqqında konstitusiya qanunu qəbul etdilər. Rusiya prezidenti Vladimir Putin hər iki sənədi imzaladı…

image.jpg (34 KB)

Krım xanlığı Qızıl Ordunun süqutunda sonra-XV əsrin ortalarında yaranmışdı. 1475-ci ildən Krımın dağlıq hissəsi Osmanlı İmperiyasının tərkibinə daxil oldu. Osmanlı İmperiyası üç əsr Krıma sahiblik etdi. 1774-cü ilin yayında  Rusiya-Türkiyə müharibəsinin nəticəsi olaraq  Osmanlının Krım üzərində hakimiyyətinə son qoyuldu.  Bundan sonra Krım Rusiya imperiyasının ərazisi oldu. SSRİ yarananda da Krım RSFSR-in ərazi kimi tanındı və  yalnız 1954-cü ildə Ukraynanın ərazisinə daxil edildi. İndi hesablasaq, üç əsr Osmanlının, 134 il Rusiya imperiyasının, 33 il RSFSR-in tərkibində olmuş Krım, yaınız 60 il(1954-2014) Ukrayna ərazisi olub.  

Ukrayna əlbəttə ki, Krımla bağlı milli siyasətində ciddi səhvlərə yol vermişdi. Xüsusilə yarımadanın tarixi sakinləri olan tatarlarla bağlı sərt siyasətinin acı nəticələrini “bıçaq sümüyə dirənəndə” anladılar. Krımda ukraynalılar heç vaxt çoxluq təşkil etməyib və bunu statitistika da təsdiq edir.  Amma tatarlarının tarixi yurdlarına qayıdışından sonra da onların sıxışdırılması, ən müxtəlif adlarla, hətta separatçı kimi damğalanması müasir Ukrayna liderlərinin bağışlanılmaz səhvləri sırasındadır. Bu, səhvləri qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti  yarananda da və ondan sonrakı dövrlərdə Azərbaycan da etmişdi və onun altını biz də 30 il davam edən işğalla çəkdik…

Amma Krım, əlbəttə ki, Şuşa deyil. Krımın itirilməsində bir ukraynalı əsgərin burnu belə qanamadı, Rusiya Krımda “hazırına nazir oldu”. Krımın ilhaqı əlbəttə ki, 2014-cü il Maydan hərakatı başlayandan sonra hazırlanmış plan deyildi. Sevastoplolda Rusiyanın Qara Dəniz Donanmasının əhəmiyyətli hissəsi icarə əsasında yerləşmişdi. Moskva Qərbin Maydanla başlayan hərəkatanın Ukraynanın itirilməsinə doğru apardığının fərqində idi. O səbəbdən də Krımı ilk həmlədə və dərhal rəsmi olaraq nəzarətinə keçirdi. İndi Krım Ukraynanın ərazisi kimi qalsaydı, Rusiya Donbas, Xerson istiqamətdə heç bir hərbi uğur qazana bilməzdi. Mümkündür ki, Krımın anneksiyası yubansaydı, Ukrayna çoxdan NATO-nun üzvü idi və yarımada üzərində indi NATO təyyarələri keşik çəkirdi. Rusiya da “bu xəmirin hələ çox su aparacağını” bilirdi və Krımı ən tez müddətdə nəzarətinə keçirdi. Avropa İttifaqı və ABŞ “nəticələri tanımadığını” və səsverməni “qanunsuz” adlandıran bəyanat yaydı, Rusiyaya sanksiyalar tətbiq edildi. Dəyişən heç nə olmadı… 

Ukrayna müharibəsi başlayandan bəri Krımın geri qaytarılması, müharibənin o əraziyə keçiriləcəyi haqda da çox danışılır. Krım körpüsünün partladılması Rusiyanı qorxutdu, amma yarımadanı geri qaytaracaq həddə deyil.  9 illiklə bağlı yarımadanın rəhbərliyi ilə danışan Rusiya prezidenti dedi ki, bu gün təhlükəsizlik məsələləri Krım və Sevastopol üçün prioritetdir. “Və biz istənilən təhlükənin qarşısını almaq üçün hər şeyi edəcəyik” deyə, Putin bildirib. Krımın Ukraynanın geri qaytara biləcəyinə Qərbdə də inananlar azadır, amma bu BMT-nin Kiyevə verdiyi doğal hüquqdur. Gücü varsa, geri alsın, almalıdır da! 

3a79c238bedc2ba14d07a94d8877b1b4.jpg (43 KB)

Bu yaxınlarda məlum oldu ki, bəzu ukraynalı biznesmenin, siyasətçinin Krımda təkcə daşınmaz obyektləri deyil, hətta biznes obyektləri də varmış və  işğalın davam etdiyi 9 ildə, necə deyərlər, ruslarla bərabər onlar da pul qazanıblar. Krım həm də buna görə Şuşa deyil… Musavat.com

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …