Çərşənbə , May 8 2024
Ana səhifə / Bölgələr / Şuşa şəhərində yeni su anbarının tikintisinə başlanılıb – FOTO

Şuşa şəhərində yeni su anbarının tikintisinə başlanılıb – FOTO

Şuşa şəhərində yeni su anbarının tikintisinə başlanılıb.

Bunu Şuşa şəhərinə mediatur zamanı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, şəhər ərazisində iki yeni su anbarı olacaq:

“Həmin anbarlardan birinin tikintisinə başlanılıb. Artıq anbarın betonlanma işi həyata keçirilir. Anbarın tikintisi yaxın vaxtlarda başa çatdırılacaq və istifadəyə veriləcək. Bu anbara toplanan su heç bir elektrik enerjisindən asılı olmadan istehlakçılara paylanacaq”.

A.Nəcəfli əlavə edib ki, inşası aparılan su anbarının hər biri 1000 kubmetr olmaqla iki hissədən ibarətdir:

“Birinci su anbarından sonra eyni tutumda daha bir su anbarının tikintisi yaxın vaxtlarda reallaşdırılacaq”.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …