Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / Ramil Şeydayev “Qarabağ“dan gedir

Ramil Şeydayev “Qarabağ“dan gedir

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda indiki klubundan ayrılmağa yaxındır. 

Düzdür, sözügedən oyunçu yeni müqavilə təklifinə hələ də cavab vermədiyi Ağdam təmsilçisində qalmağa da qərar verə bilər. Ancaq Rusiyanın iki elita klubunun maraqlandığı Şeydayevin Azərbaycanı tərk etmədən iş yerini dəyişmək ehtimalı da böyükdür. 

Fanat.az xəbər verir ki, onu “Neftçi” də rənglərinə bağlamaqda israrlıdır. 

Cari mövsüm hədəflərindən uzaq görünən bakılıların əsas məqsədi heyətdəki səviyyəli yerlilərin sayını artırmaqdır. və bu üzdən milli üzvünün heyətə qatılması flaqmanın idarəçiləri üçün prioritet hədəfdir. “Ağ-qaralar”ın yüksək maddi şərtlər fonunda uzunmüddətli əməkdaşlıq istəyi isə Ramil üçün yetərincə cəlbedicidir. 

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …