Ana səhifə / Siyasət / Azərbaycan və İsrail müdafiə nazirləri danışdı

Azərbaycan və İsrail müdafiə nazirləri danışdı

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.
MN-dən Azinforum.az -a verilən məlumata görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …