Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Ağrı dağında hərbi baza erməniləri həyəcanlandırdı

Ağrı dağında hərbi baza erməniləri həyəcanlandırdı

Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir.

Bununla bağlı məlumat Ermənistan mediasında geniş işıqlandırılıb və Ağrı dağına əsassız iddialar irəli sürən ermənilərdə həyəcan doğurub. Türkiyə mətbuatının məlumatına görə, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kamera sistemləri və təyinatlı silahlarla təchiz olunacaq.

Qeyd edilir ki, Türkiyə “terrorla mübarizə aparmaq üçün” hərbi baza tikir.

Musavat.com

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …