Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev TV Müsavatı-n canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.
Verilişdə maraqlı anlar baş verib. Hafiz Hacıyev qeyd edib ki, su içməyə də qorxur. Öz çayını özü dəmləyir.
“Boğazım quruyub, amma çayı içə bilmirəm, dəyiş, o çayı ver mənə”, – H.Hacıyev aparıcıya deyib.
Daha sonra Hafiz Hacıyev öz çayını aparıcı Sevinc Telmanqızı ilə dəyişib və sonra çayı içib.