Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / “Vasif Talıbovun istefası lazım idi” – Siyavuş Novruzov

“Vasif Talıbovun istefası lazım idi” – Siyavuş Novruzov

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası lazım idi. 

Bunu Milli Məclisin Naxçıvandan olan deputatı Siyavuş Novruzov deyib. 

“İstefa lazım idi. Sonda istefa verildi. Şayiələr yayılmışdı ki, guya Naxçıvanda camaat ayağa qalxacaq. Gördünüz ki, hər şey sakit yolla həllini tapdı. Azərbaycanda kimsə kiməsə güc göstərə bilməz. Bu, mümkün deyil. Bundan sonra hadisələr sturukturun formalaşmasından asılı olacaq. Ola bilsin ki, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi  təyin olunsun”, – deputat vurğulayıb. 

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, bu gün istefa qərarı verib. 

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …