Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Sərkisyan Qarabağın “müstəqilliyi”ni tanımamalarının səbəbini açıqladı

Sərkisyan Qarabağın “müstəqilliyi”ni tanımamalarının səbəbini açıqladı

Ermənistan prezidenti Serj Sərkisyan rəsmi İrəvanın separatçı rejim yaratdıqları Dağlıq Qarabağın “müstəqilliyi”ni nədən tanımamasının səbəbini açıqlayıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Sərkisyan bu haqda rusiyalı jurnalist Vladimir Poznerə müsahibəsində danışıb: “Bunun səbəbi danışıqlar aparmağımızdır. “Dağlıq Qarabağ Respublikası”nı tanımaq – bu, danışıqlar prosesindən imtina etmək olardı”.

Onun sözlərinə görə, məhz buna görə İrəvan analoji situasiyada olan digər respublikaların da tanınmasına getmir.

Sərkisyan qeyd edib ki, danışıqların olmaması hərbi əməliyyatların yenidən başlaması ehtimalını artırır: “Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz hesab edirik ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyan etdiyi 5 prinsip və elementlər, eləcə də Madrid prinsipləri məsələnin sülh yolu ilə həllinə imkan verir”.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın