Ana səhifə / Tibb / Alkoqollu içki gözləri kor edə bilir – Xəbərdarlıq

Alkoqollu içki gözləri kor edə bilir – Xəbərdarlıq

Gündə 3 doza alkoqollu içki gözlərdə sarı cismin degenerasiyasına səbəb ola bilər.

Terapevt İrina Andreyeva alkoqolun gözlərə təsirindən danışıb.
“İçki qaraciyəri zədələyir, təzyiqi qaldırır, yuxunu pozur. Bir təsiri isə çoxunun bilmədiyi gözləri zəiflətməsidir.
Alkoqolun təsirindən gözlərdə müvəqqəti dumanlanma, zəifləmə, iki görmə olur. İçki içənlərdə qanla dolmuş, şişmiş, ödemli və quru gözlər olur. Bu 1 sutka ərzində qala bilər.Amma alimlər sübut edib ki, gündə 3 porsdan, yəni 300 ml-dən çox içki qəbulunda gözlərdə uzun müddətli, həmişəlik pozulmalar qalır.. Sarı cisim denegerasiyaya uğrayır, insanın gözləri tutulmağa başlayır.
Sarı cismin pozulmasının əlamətləri:
– Oxumaq, yazmaq, maşın sürmək, yola baxmaq getdikcə çətinləşir
– Obyektlər olduğundan kiçik görünür
– Rənglər getdikcə solğun görünür
– Olmayan şeylər görünür
– Görmə dumanlanır, yayğın olur

BakuPost

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …