Ana səhifə / Siyasət / Hacıbaba Əzimov partiyasını satır?

Hacıbaba Əzimov partiyasını satır?

“Bu xəbəri yayanlar mənim xəstəliyimdən istifadə edib yayırlar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov deyib.

VAMBP sədri sosial şəbəkələrdə onun VAMBP-ni 10 min manata Qubad İbadoğluya satması barədə ortaya atılan iddialara münasibət bildirib.

“Bilirsiniz, Qubad İbadoğlu o əxlaqın sahibi deyil ki, gedib hansısa partiya alsın. Onun onsuz da öz partiyası var. Sadəcə qeydiyyatdan keçirmirlər. Bunun da səbəbi bəllidir. Daxildə milli maraqlarımızı ayaqlar altına atan, ona buna işləyənlər indi mənim də xəstəliyimdən istifadə edib Qubad bəylə aramızı “vurmağa” çalışırlar.

Sözün düzü, mən xəstə də deyiləm, sadəcə bir az iştahasızlığım var. Amma belə bir məqamda bu adamlar Qubad bəylə dost olduğumu bilə-bilə haqqımda belə böhtan fikirlər səsləndirilər. Qubad İbadoğlu xalqımıza xidmət edən görkəmli bir alimdir.

Mən özü də keçən ay bu barədə 2 saata yaxın açıqlama verdim və Prezidentə şikayət etdim ki, bu adamları dərhal həbs edin. Onlar xaindirlər. Hətta bəziləri PKK-çıdırlar. Yenə deyirəm, bu böhtandır, yalandır”.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …