Çərşənbə , May 1 2024
Ana səhifə / Siyasət / “O məmurlar sürüşüb aradan çıxmaq istəyir” – Keçmiş icra başçısı

“O məmurlar sürüşüb aradan çıxmaq istəyir” – Keçmiş icra başçısı

“Azərbaycanda bir tendensiya yaranıb: Vəzifədən uzaqlaşdırılan yüksək çinli dövlət məmurları tez bir zamanda ağır xəstəliyə düçar olurlar və bu xəstəliyin müalicəsini xarici dövlətlərin səhiyyəsində və klinikalarında axtarırlar”. 

Bu açıqlama ilə keçmiş icra başçısı Musa Musayev deyib. O sual edib ki, Azərbaycanda səhiyyə yoxdurmu: 

“Bəyəm bizdə inkişaf etmiş səhiyyəmiz, müasir avadanlıqlarla təchiz olunmuş klinikalarımız və yüksək ixtisaslı, Hippokrat andına sadiq, and içmiş həkimlərimiz, tibb mütəxəssislərimiz yoxdur? 

Görünən odur ki, bu məmurların torbasında pişik var. Odur ki,  onlar sürüşüb aradan çıxmaq istəyir. 

Ay hay: Sən saydığını say, gör fələk nə sayır ! Bilmirdiniz ki, hayla gələn, vayla gedər?! Başqalarının bədbəxtliyi üzərində qurulan  xoşbəxtliyin ömrü çox az olur”. 

Həmçinin oxuyun

“30 ildi onları zəlil edirəm, bundan sonra da edəcəyəm”

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı ola bilər. O, bununla bağlı Partiyanın XI Qurultayına Hazırlıq …