Ana səhifə / Siyasət / Ermənilərlə qohum olan diaspor lideri istefa verib, yerinə başqası seçilib

Ermənilərlə qohum olan diaspor lideri istefa verib, yerinə başqası seçilib

Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri vəzifəsinə iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.

Təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu qərar 10 iyun 2022-ci il tarixində keçirilmiş hesabat-seçki konfransında qəbul edilib. Yarandığı gündən “Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyəti”nin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyi hesabat-seçki konfransının nəticələrini tanıyıb və təşkilatı rəsmi qeydiyyata alıb.

Bəxtiyar Həsənov 1974-cü ildə Ordubad rayonunda anadan olub. İxtisasca şərqşünasdır. Rusiyada şirkətlər qrupunun təsisçisi və rəhbəridir. Ailəlidir, 2 övladı var. Musavat.com

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …