Ana səhifə / Kriminal / DTX-nın saxladığı vəzifəli şəxs Sahil Babayevin qohumudur

DTX-nın saxladığı vəzifəli şəxs Sahil Babayevin qohumudur

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir.

“Qafqazinfo” xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur.

Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.

R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …