Ana səhifə / Dünya / “Zelenki sözümə qulaq asmadı“ – Bayden

“Zelenki sözümə qulaq asmadı“ – Bayden


“Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın fevralda Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayıb”.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib:

“Bilirəm ki, çoxları mənim məsələni şişirdə biləcəyimi düşünürdü, amma bilirdim ki, Putinin sərhədi keçəcəyinə dair sübutlarımız vardı. Heç bir şübhə yox idi. Zelenski də bir çoxları kimi bunu eşitmək istəmədi “

C. Bayden, həmçinin, Rusiya prezidenti Putini təkcə milləti deyil, Ukraynanın mədəniyyətini məhv etməyə çalışmaqda təqsirləndirib:

“Rusiya lideri Kiyevi “Ana Rusiyanın iqamətgahı” hesab edir”.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …