Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Fransa səfiri Yardımlıya getdi, ot biçdi – FOTO

Fransa səfiri Yardımlıya getdi, ot biçdi – FOTO

Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun dəvətilə Yardımlı rayonuna gedib.
Bakupost.az xəbər verir ki, səfir Ş.Xuduoğlunun doğulduğu Hamarkənd kəndini gəzib, hətta sakinlərlə bir yerdə ot biçib.

Bu barədə Şahbaz Xuduoğlu özünün feysbik hesabında bunları qeyd edib:

Fransa səfiri Zakari Qros ilə doğulduğum ucqar Hamarkəndə səfər etdik.
Kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndirdə çörək yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik.
Gecənin ulduzlu aydın səmasına valeh oldu. “Mən Azərbaycanda elə gözəl yer hələ görməmişəm’, dedi.
Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı.
Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik.
Kəndimizə valeh oldu. Amma onu ən çox təəccübləndirən o oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib.
75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: “Biz – bu elin adamları – həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik”.

Fransa səfiri Yardımlıya getdi, ot biçdi - FOTO

Bizi facebook-da izləyinQoşul

HamısıÇox oxunanlar

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …