Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda ən yaxşı hava hansı ərazilərdədir? – VİDEO

Bakıda ən yaxşı hava hansı ərazilərdədir? – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolıgiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət məqsədi ilə monitorinq keçirib.

Pravda.az-ın məlumatına görə, monitorinq əsasən səyyar laboratoriya və avtomatik stansiyalar vasitəsi ilə aparılıb.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyib ki, monitorinq zamanı Bakıda ən yaxşı hava keyfiyyətinin hansı ərazilərdə olduğu müəyyən edilib.

Onun sözlərinə görə, monitorinq zamanı ən pis hava keyfiyyəti Bakının Nəsimi, Xətai, Nizami, Binəqədi, Nərimanov, Yasamal rayonlarında müəyyən edilib. Buna səbəb kimi isə həmin prospekt və iri küçələrdə avtomobillərdən daha çox istifadə edilməsi göstərilir. Ən yaxşı hava isə Səbail və Xəzər rayonlarında qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …