Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bankdan yeni manat açıqlaması – RƏSMİ

Mərkəzi Bankdan yeni manat açıqlaması – RƏSMİ

Dövriyyəyə yeni manatın buraxılacağı haqda xəbərlər həqiqəti əks etdirmir. Bunu Axar.az-a Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sosial şəbəkələrdə dövriyyəyə yeni manatın buraxılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. MB sözçüsü bu barədə müzakirələrin belə getmədiyini qeyd edib: “Hətta yeni əsginazların “fotolarını” da dərc ediblər. Bütün bunlar yalan və əsassız xəbərlərdir, heç bir əsası yoxdur”. Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlərdə yeni pulların Almaniyada çap ediləcəyi bildirilib və hətta yeni əsginazların fotoları da düzəldilib.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …

Bir cavab yazın