Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / Məşhurlara qızıl satan biznes ledinin – Başını kəsdilər

Məşhurlara qızıl satan biznes ledinin – Başını kəsdilər

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Jewellery” zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.

Nəsimi rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın