Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Cəmiyyət / “BakuBus” MMC-nin reklamları da NARAHATÇILIQ YARADIR… – BNA da şikayətə baxmır…

“BakuBus” MMC-nin reklamları da NARAHATÇILIQ YARADIR… – BNA da şikayətə baxmır…

“Mənim şikayətim BakuBus MMC-ə məxsus şəhəriçi avtobuslardaki səsli reklamlar haqqındadır. Baxmayaraq ki, dəfələrlə həm özüm , həm ətrafımdakı tanışlarım Bakı Nəqliyyat Agentliyinə elektron şikayət ünvanlayıb amma onların cavabı sadəcə şablon mesajdan o tərəfə keçməyib”.

Bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Tacəddin Poladzadə adlı istifadəçi qeyd edir.

Daha rona narazı vətəndaş yazır: “Nəzərə alacaqlarını desələr də görüntü budur ki, qayğısız yanaşırlar vətəndaşın şikayətinə. Səssiz kabinetlərində qulağı dinc oturan bu rəhbərlər və idarəçilər vətəndaşın qulağını zorlayaraq səsli reklam üzərindən pul qazanırlar. Hər 2-3 dəqiqədən bir reklam verilir özü də gur səslə. Market reklamlarından tutmuş telefon reklamlarına kimi. Hələ son dönəmlər türk seriallarının da reklamına keçiblər.Yaşlını , xəstəni, əsəbi zəifi anlamır bu danqabaşlar. Onlara vətəndaşın şikayəti və ya şikayətin təmin olunması maraqlı deyil. Səsli reklamlar barədə şikayəti bir dəfə bu qrupda XaliqFaiqoğluna məxsus avtobuslar barədə də yazmışdım. Çox sağolsunlar ki, tamam azaldıblar. İndi sıra BakuBus MMC şirkətindədi. Görək onlarçün vətəndaşın(sərnişinin) mövqeyi önəmlidi, ya özlərinin cibi”.

Həmçinin oxuyun

AKİ “Nizami” kinoteatrı ilə “Azərbaycanfilm”i nəzarətinə götürmək istəyir

Əli İsa Cabbarov: “Hesab edirik ki, Kinematoqrafçılar İttifaqı daha yaxşı koordinasiyaedici qurumdur” Azərbaycan Kinematoqrafçılar İttifaqı …