Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı jurnalistin şərəf və ləyaqətinə xələl gətirdiyini iddia etdi: Məhkəmə şikayəti əsassız saydı

İcra başçısı jurnalistin şərəf və ləyaqətinə xələl gətirdiyini iddia etdi: Məhkəmə şikayəti əsassız saydı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev jurnalist Cavid Şirəliyev barəsində xüsusi ittiham qaydasında şikayət verib.
APA xəbər verir ki, şikayət ərizəsində iddia olunub ki, Cavid Şirəliyev bir neçə gün əvvəl saytlardan birində icra başçısı barəsində şərəf və ləyaqətə xələl gətirən məqalə yayımlayıb.

Bununla bağlı jurnalistin Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələri ilə ittiham olunması tələb olunub.
Masallı Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda jurnalist çıxış edərək sözügedən xəbərin imzasız yayımlandığını, yazının ona aid olmadığını diqqətə çatdırıb.Məhkəmənin qərarı ilə Əhəd Abıyev tərəfindən verilmiş şikayət əsassız hesab olunaraq icraata götürülməyib.

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …