Çərşənbə , May 15 2024
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanın xarici borc portfelinin 81%-i xarici valyutadadır” – RƏSMİ

“Azərbaycanın xarici borc portfelinin 81%-i xarici valyutadadır” – RƏSMİ

Son 3-4 ildə Azərbaycan xarici dövlət borcunda xarici valyutanın payını 95%-dən 81%-ə endirib.

Bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.

“Azərbaycanın dövlət borcunun idarə edilməsi ilə bağlı risk meyarlarından biri xarici borc portfelində xarici valyutanın çəkisidir. 2018-ci ildə xarici borc portfelimizin 95%-ni xarici valyutada borc təşkil edirdi, çox cüzi hissəsi yerli valyutada idi. Əsas hədəflərimizdən biri, bunu ortamüddətli dövrdə 85%-dən aşağı salmaq idi. Bu gün xarici borc portfelimizin 81%-ni xarici valyutada olan borc təşkil edir. Biz bu istiqamətdə irəliləyirik, artıq ortamüddətli dövrdə bunun daha da azaldılması üçün işlərin görülməsi planlaşdırılır.

Digər risk parametri isə borcun dəyişkən faiz dərəcələri ilə olmasıdır. Bəzi borclar sabit faiz dərəcələri ilə, bəziləri isə bazar şəraitinin dəyişməsindən asılı olaraq dəyişkən faiz dərəcələri ilə təqdim edilir. 2018-ci ildə bizim borc portfelimizin 65%-i dəyişkən faiz dərəcələri ilə idi. Biz hazırda bu göstəricini 35%-ə qədər endirmişik və hədəfimiz bunu bir qədər də aşağı salmaq, minimal səviyyə endirib, orda qərarlaşdırmaqdır. Bu kimi indikatorlar, son strategiyanın 4 illik icrası nəticəsində əldə olunub. Təbii ki, bununla qənaətlənmirik, burdakı hədəflərə bir qədər də yenidən baxıb, orta müddətli dövr üçün müəyyən hədəflər qoymağı nəzərdə tuturuq”, – deyə o, qeyd edib.

Həmçinin oxuyun

Qeyri-neft sektoru niyə geriləyib? – TƏHLİL

İqtisadi artım sürətinə görə qeyri-neft-qaz sektoru irəlidə  olsa da, ixracatda dominant rol yenə neft-qaza məxsusdur Azərbaycanda …