Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Səbailin deputatı gecə klubundakə partlayışdan danışdı

Səbailin deputatı gecə klubundakə partlayışdan danışdı

“Bu gecə Səbaildə baş verən partlayış xəbəri çox üzücüdür. Xəsarət alanlara Allah şəfa versin! Dünyasını dəyişən xanımın ailəsinə səbr diləyirəm!” 
Bu sözləri qəza partlayış baş vermiş gecə klubunun yerləşdiyi Səbail rayonunun deputatı (29 saylı Səbail Seçki Dairəsi) Nigar Arpadarai deyib. Deputat hadisənin araşdırılaraq ictimaiyyətə məlumat verilməsini istəyib:
İlkin araşdırmaya görə, partlayışın səbəbi kimi propan qaz balonunun partlaması göstərilib. Məsələ araşdırılmalı, nəticələr ictimaiyyətə təqdim olunmalıdır. Bütün müəssisələrdə, fərdi evlərdə təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət artırılmalıdır. Çox üzücü hadisədir”.

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …