Ana səhifə / İqtisadiyyat / Azərbaycan Gürcüstana qaz və neft ixracını artırdı

Azərbaycan Gürcüstana qaz və neft ixracını artırdı

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 99 642 min ABŞ dolları dəyərində 510 743,4 kubmetr həcmində təbii qaz tədarük edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə həcm 42 % artıb.

Hesabat dövründə qonşu ölkə Azərbaycandan ümumi dəyəri 27 449,9 min ABŞ dolları olan 36 879,4 ton neft və neft yağları da idxal edib ki, bu da illik müqayisədə 23,5 % çoxdur.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …