Ana səhifə / Cəmiyyət / “Azəriqaz” kartlarına niyə pul yükləmək olmur?

“Azəriqaz” kartlarına niyə pul yükləmək olmur?

“Zenner” smart tipli sayğacların kartına pulun yüklənməsi ancaq “e-manat” tipli terminallarda mümkündür. Terminallarda proqram dəyişikliyi olub.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.

Qeyd olunub ki, proqram təminatı yenilənmiş terminallarda ödənişləri həyata keçirmək mümkün olmurdu. Bu barədə rəsmi şəkildə “e-manat” şirkətinə də müraciət olunub.

“E-manat”dan bizə bildirildi ki, terminallarda bu problemin həlli üçün iş aparılır. Hazırda isə metrolarda yerləşən terminallarda “Zenner” smart-kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkündür. Problem müvəqqətidir, tezliklə həll olunacaq”.

Qeyd edək ki, vətəndaşlar sosial şəbəkələrdə bir sıra ödəniş sistemlərində “Azərsu” və “Azəriqaz”ın smart kartlarının balansını artırmağın mümkün olmadığını bildirirlər.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …