Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / ABŞ Rusiya qoşunlarının Qazaxıstana daxil olmasını düzgün addım saymır

ABŞ Rusiya qoşunlarının Qazaxıstana daxil olmasını düzgün addım saymır

“Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin ölkəyə yerləşdirilməsi tələbinin qanuni olub-olmadığını bilmir”.

TASS xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, Vaşinqton KTMT-nin Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələri göndərməsi ilə bağlı xəbərləri diqqətlə izləyir.

“Qazaxıstanın bu müraciətinin mahiyyəti, hüquqi dəvət olub-olmaması ilə bağlı suallarımız var. Hazırda biz bunu bilmirik”, – deyən Psaki Təşkilatın qüvvələrini və hüquq-mühafizə orqanlarını beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb.

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …