Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov Daşkəsənə gedir

Kəmaləddin Heydərov Daşkəsənə gedir

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edəcək.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, qəbul aprelin 29-da Daşkəsəndəki Dövlət Arxivi İdarəsinin binasında, saat 11.00-dən etibarən keçiriləcək. Qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq. Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Dövlət Arxivi İdarəsinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 2) 28 aprel 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın