Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / Zakir Həsənov yaralı hərbçilərimizlə görüşdü – Fotolar

Zakir Həsənov yaralı hərbçilərimizlə görüşdü – Fotolar

Bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan, o cümlədən Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib. 

Zakir Həsənov yaralı hərbçilərimizlə görüşdü  - Fotolar

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …