Ana səhifə / Cəmiyyət / Bu məsələ qanuni tələb deyil, süni əngəl kimi ortaya atılıb – ŞƏRH

Bu məsələ qanuni tələb deyil, süni əngəl kimi ortaya atılıb – ŞƏRH

Bu, nəzarət mexanizminin bir növüdür. Amma məntiqli nəzarət mexanizmi deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Nazirlər Kabinetinin qərarına uyğun olaraq Azərbaycanda hesab açmaq istəyən xarici ölkə vətəndaşları özünü qiymətləndirmə sənədi təqdim etmədikdə, onlara hesab açılmayacağı barədə qərarına münasibət bildirərkən deyib. 
Ekspertin fikrincə, bu məsələ qanuni tələb deyil və süni əngəl kimi ortaya atılıb: 

“Xarici şirkətlərin fəaliyyətiylə bağlı hansısa adminstrativ baryerlərin olması tamamilə yolverilməzdir. Sadəcə, Mərkəzi Bankın banklara göndərdiyi məktub əsasında belə bir məsələ yaranıb. Gələn əcnəbinin hansısa formada fəaliyyəti olsun ki, ondan sonra bu və ya digər nəzarət mexanizmləri də işə salınsın. Bəri başdan buna getmək doğru deyil. Gürcüstanda dünyanın istənilən ölkəsinin vətəndaşı adi pasportla banka gedib hesab aça bilər”.  
Belə olan halda N. Cəfərliyə görə, xarici şirkətlər Azərbaycanda özlərini normal hiss edə bilməyəcək: 

 “İnvestorlar üçün əksinə, fəaliyyət asanlaşdırılmalıdır. Onlar hesabı Azərbaycan bankında açırsa, deməli, ölkənin dövlət qurumları, bankları, Mərkəzi Bankın hesabdakı əməliyyatları görmək və ona reaksiya vermək imkanı var. Sonradan qeyri-qanuni əməliyyat olacaqsa, ölkə qanunvericiliyinə uyğun hansısa iddialar səsləndirmək olar. Bəri başdan xarici iş adamlarına şübhə ilə yanaşmaq normal yanaşma deyil”.

Qeyd edək ki, Nazirlər Kabineti “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nı müəyyənləşdirib. Burada göstərilir ki, Azərbaycanda hesab açmaq üçün müraciət etmiş xarici dövlətlərin hüquqi şəxsi tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır”.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …