Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / “Belə şərəfsizlik olar, niyə xalqın əsəbləriylə oynayırlar?”

“Belə şərəfsizlik olar, niyə xalqın əsəbləriylə oynayırlar?”

“200 kişi 10 saata yaxındır oturub Minvoda uçmaq üçün təyyarə gözləyir”. 

Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı sosial şəbəkədə yazıb.

O, bildirib ki, hadisə Bakıda Heydər Əliyev Hava limanında baş verib: “Bir o qədər insan da o başda Bakıya uçmaq üçün təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizıliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?”.

Həmçinin oxuyun

“Türkiyə və Azərbaycanla düşmənçiliyi aradan qaldırmalıyıq”

“Ermənistan Gürcüstan və İranla mehriban qonşuluq əlaqələrini dərinləşdirməli və inkişaf etdirməli, Türkiyə və Azərbaycanla isə …