Ana səhifə / İdman / Millimizin məşqçi heyəti Olimpiadada pis nəticəyə görə qovuldu

Millimizin məşqçi heyəti Olimpiadada pis nəticəyə görə qovuldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti qovulub.

Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu bildirib.

Onun sözlərinə görə, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib.

Komanda isə gənclərdən ibarət millinin məşqçi heyətinə tapşırılıb. Həmçinin bəzi cüdoçuların maaşları da azaldılıb.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …