Ana səhifə / Dünya / Rusiyada bir sutkada virusdan ölənlərin sayı 1000-ə çatır

Rusiyada bir sutkada virusdan ölənlərin sayı 1000-ə çatır

Rusiyada son 24 saatda koronavirusdan 974 nəfər vəfat edib.

Bu barədə Koronavirusa qarşı mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Beləliklə, pandemiya başlayandan bəri Rusiyada COVID-19-dan ölənlərin sayı 158.563 nəfərə çatıb.

Sankt-Peterburq şəhəri bu statistikada Moskvanı (73) qabaqlayıb – 74 ölüm. Lakin Rusiya paytaxtında yoluxma göstəricisi hələ də yüksək olaraq qalır – 3.514.

Ümumən ölkədə COVID-19-a yoluxanların sayı son 24 saatda 23.827 nəfər olub.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …