Ana səhifə / İdman / Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı – Video

Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı – Video

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa Superkubokunun oyununa çıxıb.

Varşava təmsilçisi ötən mövsüm Polşa kubokunun qalibi olan “Rakuv”la qarşılaşıb.

Hesabı 10-cu dəqiqədə “Rakuv” açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib.

Nəticədə matç penaltilərə qədər uzanıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan “Rakov” (4-3) qalib gəlib.

“Legiya”dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub. Onun zərbəsi qapı dirəyinə dəyib.

https://youtube.com/watch?v=-GWxup8dWbc

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …