Çərşənbə , May 8 2024
Ana səhifə / Bölgələr / Əhəd Abıyevin rəhbər olduğu rayona pul ayrılıb, amma yol çəkilməyib – VİDEO

Əhəd Abıyevin rəhbər olduğu rayona pul ayrılıb, amma yol çəkilməyib – VİDEO

Daşkəsənin Çıraqlı  kəndinin sakinləri  yol probleminə  görə  çətinlik çəkirlər.

Çıraqlı  kəndinə getmək üçün yalnız bəzi avtomillərdən istifadə  edilir.

Kənd  yolu bərbat vəziyyətdə olduğundan hər  maşınla bu kəndə gedib-gəlmək mümkün olmur.

Yolun olmaması sakinlərə problemlər yaradır.

Problemə münasibət bildirən kənd icra nümayəndəsi Ramiz İsmayılov yolun bir neçə dəfə daxili imkanlar hesabına hamarlandığını bildirib.

Ramiz İsmayılov, sakinlərin onu tapa bilməməklə bağlı şikayətlərini əsassız hesab edib.

2012-ci ildə ayrılmış dövlət vəsaiti hesabına kəndə yol çəkilişinin niyə başa çatdırılmaması məsələsinə isə aydınlıq gətirən olmayıb.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …