Çərşənbə , May 8 2024
Ana səhifə / Bölgələr / Kənd sakinləri icra nümayəndəsinə qarşı ayağa qalxdı – VİDEO

Kənd sakinləri icra nümayəndəsinə qarşı ayağa qalxdı – VİDEO

Zaqatala rayon Göyəm kənd sakinləri icra nümayəndəsi Cuma Qurbanovun qanunsuz əməllərinə etiraz ediblər.

Kənd sakinləri icra nümayəndəsi C.Qurbanovun onlardan rüşvət tələb etməsi ilə bağlı prezidentən kömək istəyirlər.
Həmçinin vətəndaşlar Cuma Qurbanovu pay torpaqlarını başqalarına satmaqda, lazımi arayışları pul müqabilində verməkdə, yararsız hesab edilərək hərbi xidmətdən yayınmaqda, qeyri qanuni hektarlarla torpağı zəbt etməkdə, Prezidentin sərəncamından irəli gələn, rayon və kənd camaatının içməli su probleminin həlli üçün dövlət tərəfindən qazılan Artezian quyusunun suyunu hər ailəyə görə, 100 manata satmaqda, fərdi tiklilərdən külli miqdarda pul tələb etməkdə və digər məmura xas olmayan əməllərdə ittiham edirlər.
Yerli sakinlərin Prezidentə, Baş Prokurora və DTX-nə müraciətində o da qeyd edilir ki, yerli məmur C.Qurbanov 60 ailənin hər birindən içməli suya görə 100 manat, ailə tərkibi və digər arayışlara üçün onlarla şəxsdən dəfələrlə 100 manat tələb edərək alıb.
Eyni zamanda, C.Qurbanov müqavilə ilə götürülən ərazilərdə salınan fındıq bağlarının icarədarını hədələyərək sahəni əlindən alıb.

https://www.youtube.com/watch?v=sNdy0WwCYqI

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …