Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Valideynlərinin televiziyada axtardığı yeniyetmənin meyiti tapıldı

Valideynlərinin televiziyada axtardığı yeniyetmənin meyiti tapıldı

Sumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu məlum olub.

APA-nın məlumatına görə, iyunun 22-si axşam saatlarında Xəzərin Sumqayıt sahilində “Katamaran” istirahət mərkəzinin ərazisində dənizdən yeniyetmə oğlan meyiti tapılıb.

Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmənin iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan “Bizimləsən” verilişinə müraciət etmişdilər. Məlumata görə, Q.Zalov yaşadığı evi atasının ona şillə vurmasına görə tərk edibmiş…

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …