Ana səhifə / Siyasət / “O layihənin Konqresdən keçəcəyinə inanmıram” – Oqtay Əsədov

“O layihənin Konqresdən keçəcəyinə inanmıram” – Oqtay Əsədov

Milli Məclisin sədri Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının Kris Smitin rəhbərliyi ilə Konqresə təqdim etdiyi, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə münasibət bildirib.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında O. Əsədovun bildirdiyinə görə, ABŞ-da ermənilərin diaspor rəhbərlərindən biri olan Aram Hamparyan “tvitter” səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib.
Spiker bildirib ki, Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar Partiyasının üzvü olub: “Amma indi erməni lobbisinin fəallarındandır. Bizdə bəzi media qurumları bunu şok xəbər kimi təqdim edir. Burda şok nə var ki? Təsəvvür edin ki , biz bir komissiya yaratmışıq. Kimsə də belə çıxış edib. O, adi deputatdır. ABŞ səfiri açıqlama versin ki, bu bəyanat ABŞ-ın rəsmi mövqeyidir, yoxsa hansısa bir konqresmenin?”
Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: “ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostu var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram” .
O. Əsədov mətbuata da müraciət edərək ABŞ-ın Azərbaycandakı səfirinə bununla bağlı suallar ünvanlamağa çağırıb.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın