Ana səhifə / Araşdırma / “Avropa” hotelində qətl törətməkdə şübhəli bilinən şəxs tutuldu

“Avropa” hotelində qətl törətməkdə şübhəli bilinən şəxs tutuldu

“Avropa” hotelində qətl törətməkdə şübhəli bilinən Sənan Quliyev dünən gecə radələrində tutulub. Bu barədə Trend-ə Nəsimi rayon Polis Şöbəsindən məlumat verilib.

Qeyd edək ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” hotelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

“Zaminbank”ın Nəsimi rayon filialının müdiri olmuş A.Məmmədov məşq edən zaman S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın