Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İdman / “Lester” tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı

“Lester” tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı

“Lester” komandası tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.

“Report”un məlumatına görə, “tülkülər” Londondakı “Uembli” stadionunda 21 000 tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda “Çelsi”yə minimal hesabla qalib gəlib – 1:0. Yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, “Lester” İngiltərə Kubokunu əldə edən 44-cü komanda olub. Əvvəlki 4 finalda “tülkülər” məğlubiyyətlə üzləşiblər.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …