Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / ÜST: Bir həftədə yoluxmalar rekord həddə çatıb

ÜST: Bir həftədə yoluxmalar rekord həddə çatıb

on bir həftə ərzində dünyada koronavirusa yoluxma halları rekord həddə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qeyd olunub ki, ötən həftə yeni yoluxma hallarının sayı 5,2 milyon olub.

ÜST-ün baş direktoru Tedros Qebreyesus bildirib ki, artıq səkkiz həftədir yoluxmaların, beş həftədən çoxdur ölüm hallarının sayı artmaqdadır.

Bundan əlavə, ÜST rəhbəri dünyanın zəngin ölkələrini həmrəylik göstərməyə və peyvəndlə təminatda yoxsul ölkələri dəstəkləməyə çağırıb.

Onun sözlərinə görə, bəzi zəngin ölkələrdə əhali arasında hər dörd nəfərdən biri peyvənd olunduğu halda, yoxsul ölkələrdə hər 500 nəfərdən cəmi biri bu imkandan yararlana bilib.

Həmçinin oxuyun

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək”

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır”. “Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, …